Vəlizadə Rəşad Elşən
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Vəlizadə Rəşad Elşən

Ata adı: Elşən

🐣
Doğum — Tərtər Evoğlu kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Tərtər Evoğlu kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vəlizadə Rəşad Elşən oğlu 1999-cu il aprel ayının 7-də Tərtər rayonu Evoğlu kəndində anadan olmuşdur. Rəşad Vəlizadə orta təhsilini Evoğlu kənd tam orta məktəbində  almışdır.  

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rəşad Vəlizadə 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Cəsur döyüşçü”, “İgidliyə görə”, medalları ilə təltif edilmişdir.

Rəşad Vəlizadə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rəşad Vəlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, mərd, cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Evoğlu kənd tam orta məktəbi
Ali Təhsil Türkiyə İqtisadiyyat Universiteti
İş Yeri Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Vəliyev Elşən Fətəli Müzəffər oğlu Ana: Şirinova Firuzə Bilən qızı Qardaş: Vəlizadə Fərid Elşən oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər