Verdiyev İsax Ədalətoviç
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Verdiyev İsax Ədalətoviç

Ata adı: Ədalətoviç

🐣
Doğum — Rusiya Federasiyası Kalininqrad şəhəri
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Sumqayıt Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Verdiyev İsax Ədalət oğlu 1997-ci il sentyabrın 21-də Tərtər şəhərində anadan olub. Evin tək övladı idi. 5 dil bilən İsax İqtisad Universitetində oxuyarkən savadına görə 1 illik Türkiyədə təhsil almağa göndərilib.

Azərbaycan Ordusunun əsgəri olan İsax Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 05.10.2020-ci ildə Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olub. Ailəli idi, bir oğlu var.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsax Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsax Verdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, İsax Verdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Qayğıkeş, mehriban, vətənpərvər, mərd, cəsur, ailəcanlı insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sumqayıt şəhəri,3 saylı orta məktəb
Ali Təhsil Azərbaycan Dövlət İqtisad Universiteti
İş Yeri Azərnəşr
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Verdiyev Ədalət İsax oğlu Ana: Verdiyeva Sevinc Xanlar qızı Həyat yoldaşı: Verdiyeva Solmaz Rəhim qızı Oğlu: Verdiyev Ayaz İsax oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər