Verdiyev Nihad Nicat
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Verdiyev Nihad Nicat

Ata adı: Nicat

🐣
Doğum — Daşkəsən Qaraqollar kəndi
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nihat Nicat oğlu Verdiyev 19 dekabr 2003-cü ildə Daşkəsən rayonun Qaraqollar kəndində anadan olub. Kəlbəcər rayon 98 saylı tam orta məktəbi bitirib.

2022-ci il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. 

Azərbaycan Ordusunun əsgəri Nihat Nicat oğlu Verdiyev 13 sentyabr 2022-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələrinin hücumunun qarşısını alarkən şəhid olub. Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Verdiyev Nicat 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 


Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Nihad Verdiyev  “Vətən uğrunda” medalı ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Ailəsin və yaxınların dediyinə görə hələ Vətən müharibəsi dövründən Şəhid Verdiyev Nihad Nicat oğlu özünün də döyüşlərdə iştirak etmək istədiyini deyirmiş. Vətən üçün, Vətən torpaqlarının azad olunması üçün əlindən gələn hər şeyi etmək istədiyini deyirmiş.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Kəlbəcər rayon 98 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Verdiyev Nicat Akif oğlu Ana: Verdiyeva Vüsalə Qiyas qızı Bacı: Səmədova Nigar Nicat qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər