Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Məhəmmədəli
Təbriz Xancanov 1996-cı il iyunun 9-da Göyçay rayonunun Qəbələ Müsgürlü kəndində anadan olub.
Təbriz Xancanov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Təbriz Xancanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Xancanov oktyabrın 19-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Təbriz Xancanov ölümündən sonra "Vətən uğrunda" , “Suqovuşanın azad olunmasııns görə”, “Cəsur döyüşçü” medalarıı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Təbriz Xancanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailə üzvləri bildirir ki, Təbriz vətənpərvər, ailəcanlı övlad idi. Vətənini çox sevirdi. Sərbəstliyi xoşlayırdı. Məsuliyyətli idi , yalanı xoşlamazdı.
Ata: Xancanov Məhəmmədəli Nazir oğlu Ana: Azayeva Məlahət Müxtəsər qızı Qardaş: Xancanov Cavid Məhəmmədəli oğlu Qardaş: Xancanov Asiman Məhəmmədəli oğlu