Xanışov Əlikram Qabil
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Xanışov Əlikram Qabil

Ata adı: Qabil

🐣
Doğum — Cəlilabad Göytəpə şəhəri
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Cəlilabad Göytəpə şəhər qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əlikram Qabil oğlu Xanışov 8 fevral 2000-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2018-ci ildə V.Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbi bitirib.

Əlikram 2018-ci ildə hərbi xidmətə gedib əsgərlik borcunu Goranboy rayonunda N saylı hərbi hissədə yerinə yetirdikdən sonra 2020-ci il aprel ayında evə qayıtmışdı. O, 20 gündən sonra müddətdən artıq xidmət etmək üçün yenidən hərbiyə yollanmışdı.

Əlikram Xanışov hərbi qulluqçu kimi 5 ay xidmət etdiyi zaman müharibə başlayır. O, sentyabr ayının 29-da anası ilə telefonla danışıb halallıq istəyəndən sonra müharibəyə gedir. Əlikram Talış yüksəkliyi və Suqovuşan iştiqamətində gedən döyüşlərdə şücaət göstərir.

Əlikram Xanışov oktyabr ayının 2-də qəhrəmancasına şəhid olsa da, onun nəşi altmış gündən sonra tapılıb doğulduğu məkanda dəfn olunur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əlikram Xanışov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  hərbi qulluqçu Əlikram Xanışov    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ananın dediklərindən cox kövrək, ürəyi təmiz, şair ruhlu, təbiətən sakit uşaq olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəlilabad rayonu, Göytəpə şəhər 1 saylı tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Xanışov Qabil Bürcəli oğlu Ana: Xanışov Xoşqədəm Bayram qızı Bacı: XanışovA Gülnar Qabil qızı Bacı: Xanışova Günay Qabil qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər