Xankişiyev Fuad Şöhrət
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Xankişiyev Fuad Şöhrət

Ata adı: Şöhrət

🐣
Doğum — Mingəçevir
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Mingəçevir Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Fuad Xankişiyev 12 aprel 1996-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. 2002-2008-ci illərdə Mingəçevir  şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbdə təhsil almışdır. Orta məktəb illərində böyük həvəs göstərdiyi cüdo idman növü ilə məşğul olan Fuad, idman üzrə təhsilini davam etdirərək Bakı Olimpiya idman liseyində cüdo üzrə təhsilini davam etdirmiş və 2011-ci ildə müvəffəqiyyətlə məzun olmuşdur. 201-2014-cü illərdə Mingəçevir Turizm Kollecində bədən tərbiyə fakültəsinə təhsil almışdır. Bunlarla yanaşı, Fuad Xankişiyev həvəskar formada dizayn-dekor işləri ilə də məşğul olmuşdur.

2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Fuad Xankişiyev Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşa, Füzuli və Xocavənd istiqamətindəki döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. 2020-ci il 3 noyabrda Daşaltı (Şuşa) istiqamətində gedən döyüşlərdə, 1553 metr yüksəklikdə qəhrəmancasına şəhid olmuşdur.

Şəhid 6 noyabr tarixində Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Gülərüz, mehriban, səmimi insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Mingəçevir şəhər, 3 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Xankişiyev Şöhrət Əlihüseyn oğlu Ana: Xankişiyeva Saqibət İzzət qızı Bacı: Xankişiyeva Gülər Şöhrət qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər