Xankişiyev Nicat Aşur
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Xankişiyev Nicat Aşur

Ata adı: Aşur

🐣
Doğum — Neftçala Həsənabad qəsəbəsi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Neftçala Neftçala rayon qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Şuşa ⚔️ Xocavənd ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nicat Xankişiyev 27 yanvar 1999-cu il tarixində Azərbaycanın Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. O, daha 2 oğlan və 2 qızın olduğu ailənin ən kiçik uşağı idi. Xankişiyev 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbində 1-ci sinifə daxil olmuş, 2016-cı ildə həmən məktəbin məzunu olmuşdur.
Nicat Xankişiyev 30 yanvar 2017-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. O, xidmətini Beyləqan rayonunda etmiş, 2018-ci ilin iyul ayında tərxis olmuşdur. Kəşfiyyatçı kimi xidmət etmiş Xankişiyev hərbi xidmətini təşəkkürnamə ilə başa vurmuşdur. Xankişiyev 21 sentyabr 2020-ci il tarixində cəbhəyə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Xankişiyev Füzuli, Cəbrayıl, Suqovuşan, Xocavənd, Qubadlı, Hadrut döyüşlərində yaxından iştirak etmişdir. Nicat Xankişiyev 7 oktyabr 2020-ci il tarixində Hadrut uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Nicat Xankişiyev anadan olduğu Həsənabad qəsəbəsində dəfn edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  hərbi qulluqçu Nicat Xankişiyev    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Xankişiyev Nicat mehriban, səmimi, istiqanlı, ailəsinə dəyər verən biri idi. İşgüzar, zəhmətkeş insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Həsənabad qəsəbəsi, Şəmsəddin Orucov adına tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Xankişiyev Aşur Əlniyaz oğlu Ana: Xankişiyeva Seyidnisə Aslan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər