Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Qoçu
Elməddin Xasayev 1980-ci il fevralın 12-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub. Elməddin Xasayev 2014-cü ildən hərbi sanitar vəzifəsində xidmət edirdi. Bir müddət Beyləqan rayonunda və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət edəndən sonra o, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam elədi.
Azərbaycan Ordusunun çavuşu olan Elməddin Xasayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Elməddin Xasayev sentyabrın 27-də müharibənin birinci saatlarında Füzuli döyüşləri zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Xasayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Xasayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Xasayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elməddin Xasayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sakit, səmimi, mehriban, vətənpərvər insan idi.
Ata: Xasayev Qoçu Xasay oğlu Ana: Quliyeva Minarə Əlimusa qızı Qardaş: Xasayev Xasay Qoçu oğlu Qardaş: Xasayev Niyaməddin Qoçu oğlu Qardaş: Həsənov Nicat Qoçu oğlu Bacı: Xasayeva Gültəkin Qoçu qızı Həyat yoldaşı: Quliyeva Azadə Ədil qızı Oğlu: Xasayzadə Atilla Elməddin oğlu Qızı: Xasayzadə Afət Elməddin qızı