Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Qoşqar
Xəlilli Orxan Qoşqar oğlu 2009-cu il aprelin 29-da Sumqayıt şəhərində doğulmuşdur. 2014-cü ildə Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2017-ci ildən isə Gəncə şəhərinə köçərək 29 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmişdir.
Xəlilli Orxan 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutması nəticəsində anası Qəhrəmanova Xatirə, bacısı Xəlilli Məryəm və yaxın qohumu Qəhrəmanova Ləman ilə birlikdə həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Xəlilli Orxan Qoşqar oğluna şəhid statusu verilmişdir.
Dəcəl, şən uşaq olub. Dərslərinə maraqla yanaşıb. İdmanı, futbolu çox sevirdi, dərsdən qayıdanda dostları ilə futbol oynamağı xoşlayırdı. Dostlarını çox istəyirdi, onlarla oynamağı, vaxt keçirməyi çox sevərdi.
Ata: Xəlili Qoşqar Sabir oğlu Ana: Qəhrəmanova Xatirə Ramiz qızı Bacı: Xəlili Məryəm Qoşqar qızı