📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Əhməd
Xəlili Samir Əhməd oğlu 1997-ci il sentyabrın 6-da Bakıda anadan olmuşdur. Nizami rayon 62 saylı məktəb-liseydə təhsil almış və 2014-cü ildə oranı bitirmişdir. Eyni ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə qəbul olmuşdur. 2018-2019-cu illərdə Goranboyun "N" saylı hərbi hissəsində qulluq etmişdir. 2020-ci il sentyabr ayında qismən səfərbərlik çərçivəsində hərbi təlimlərə cəlb olunmuşdur. 01.10.2021-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı Xəlili Samir Əhməd oğlu şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Xəlili ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2021-ci il tarixli Sərəncamına əsasən Samir Xəlili ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Samir Xəlili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Samir sakit təbiətli və çox cəsur idi. İlk başda keçirdiyi göz əməliyyatına görə ona hərbi möhlət vermişdilər lakin o, hərbi xidmətini yerinə yetirmək üçün vaxt itirmək istəmədiyini israrla xidmətə yollandı. Vətənə, millətinə çox bağlı idi. Əsgər yoldaşlarının dediyinə görə, keçmiş hərbi hissə komandiri ona sürücülük təklif etsə də o, cavabında əlindəki silahla yoldaşları ilə birlikdə vuruşacağını bildirmişdi.
Ata; Xəlilov Əhməd İsa oğlu Ana: Xəlilova Lumuxanım Ayat qızı Bacı: Xəlilova Samirə Əhməd qızı