Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: İlqar
Xəlilli Məhəmməd İlqar oğlu 2004-cü il sntyabr 17 -də İsmayıllı rayonu, Basqal qəsəbəsində anadan olmuşdur. Məhəmməd Xəlilli orta təhsilini Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 299 saylı məktəb-liseydə almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məhəmməd Xəlilli Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu, Qarakənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məhəmməd Xəlilli Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, mehriban insan idi.
Ata: Xəlilov İlqar Vəli oğlu Ana: Xəlilova Xoşqədəm Sabir qızı Bacı: Zeynalova Zeynəb İlqar qızı