Xəlilli Nicat Əli
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Xəlilli Nicat Əli

Ata adı: Əli

🐣
Doğum — Zaqatala Muğanlı kəndi
🕊️
Şəhadət — Goranboy Gülüstan kəndi
📍
Dəfn Olunduğu Yer Zaqatala Muğanlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Goranboy

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nicat Xəlilli 1994-cü il dekabrın 9-da Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. 2001-2012-ci illərdə O.Rəsulov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb. Nicat Xəlilli 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nicat Xəlilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nicat Xəlilli oktyabrın 8-də Murovdağ döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Muğanlı kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nicat Xəlilli ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  hərbi qulluqçu Nicat Xəlilli    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur döyüşçü, vətənpərvər və mərd olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb O.Rəsulov adına Muğanlı kənd orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Xəlilov Əli Xəlil oğlu Ana: Xəlilova Bəsdi Həzirə qızı Qardaş: Xəlilli Nihad Əli oğlu Bacı: Xəlilli Nərmin Əli qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər