Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Qnyaz
Xəlilov Ayaz Qnyaz oğlu. 25.01.1998-ci ildə Ucarda doğulub.
Azərbaycan Ordusunun əsgəri olan Ayaz Xəlilov İkinci Qarabağ Müharibəsi başlayan zaman könüllü olaraq səfərbərliyə yazılıb sentyabrın 29-da ordu sıralarına cəlb edilib. O 44 günlük Vətən Müharibəsi zamanı pulemyotçu kimi düşmənə meydan oxuyub. 6 oktyabrda Tərtər-Ağdərə istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
Qəhrəmanımız "Vətən uğrunda" “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına” görə medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Ayaz Xəlilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ayaz sakit təbiətli, məsuliyyətli, çalışqan, ailəcanlı bir oğlan idi. O gözəl kamança ifa edirdi. Ətrafında çoxlu dost-tanışları vardı. Boş vaxtlarını dostları ilə birgə keçirməyi çox sevirdi. O öz vətəninə, torpağına bağlı bir oğlan idi.
Ata: Xəlilov Qnyaz Əvəz oğlu Ana: Atayeva Xalidə Baba qızı Qardaş: Xəlilov Sahil Knyaz oğlu Qardaş: Xəlilov Samir Knyaz oğlu