Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Azər
Ceyhun Xəlilov 22 sentyabr 2001-ci il tarixdə Azərbaycanın Ağsu rayonunun Padarqışlaq kəndində anadan olmuşdur. Ceyhun Xəlilov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır.
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Xəlilov növbəti gün Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Ceyhun Xəlilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Suqovuşanın azad olunmasına görə", “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları həmçinin ”3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Padarqışlaq kənd qəbiristanlığında dəfn edilmişdir.
Vətənini, valideyinlərini çox sevən, heç nədən qorxmayan insan olub.
Ata: Xəlilov Azər Xəlil oğlu Ana: Xəlilova Fəxriyyə Dilavər qızı Bacısı: Xəlilova Gülər Azər qızı