Xəlilov Coşqun Mikayıl
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Xəlilov Coşqun Mikayıl

Ata adı: Mikayıl

🐣
Doğum — Neftçala Xolqaraqaşlı kəndi
🕊️
Şəhadət — Füzuli Füzuli rayonu
📍
Dəfn Olunduğu Yer Neftçala Xolqaraqaşlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Coşqun Xəlilov 1998-ci il oktyabrın 29-da Neftçala rayonunun Xol Qaraqaşlı kəndində anadan olub.
Azərbaycan Ordusunun leytenantı olan Coşqun Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Coşqun Xəlilov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Xəlilov Coşqun savadlı biri idi. O, boş vaxtlarında elmlə məşğul olmağı sevirdi. Bununla yanaşı Coşqunun hərbiyə də marağı böyük idi. Olduqca mehriban, səmimi, gülərüz idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Neftçala rayon, Xolqaraqaşlı kəndi Q. Nuraliyev adına tam orta məktəb
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Xəlilov Mikayıl Qəhrəman oğlu Ana: Xəlilova Çəmən Ədilağa qızı Bacı: Xəlilova Aynur Mikayıl qızı Bacı: Xəlilova Aysel Mikayıl qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər