Xəlilov Gülşad Elşad
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Xəlilov Gülşad Elşad

Ata adı: Elşad

🐣
Doğum — Masallı Kürdəbazlı kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Masallı Kürdəbazlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Ağdam

Təltif Edildiyi Orden və Medallar

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Gülşad Xəlilov 2001-ci il martın 27-də Masallı rayonunun Kürdəbazlı kəndində anadan olub. Subay idi.
Gülşad Xəlilov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Gülşad Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gülşad Xəlilov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülşad Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Gülşad Xəlilov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Gülşad Xəlilov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Anası: Ata və anasına işləyib kömək edərdi, hərkəsin qayğısına qalardı, Mərd igid övlad idi. Qardaşları xəstə olduğu üçün Gülşad işləyib qardaşının təhsil haqqını ödəyirdi. Atasına kömək edirdi. Hər bir işə qaçırdı ki evə çörək pulu gətirsin.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Masallı rayon, Kürdəbaz kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Xəlilov Elşad Ayaz oğlu Ana: Xəlilova Gülayə Əlisultan qızı Qardaş: Xəlilov Cavidan Elşad oğlu Qardaş: Xəlilov Rəşad Elşad oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər