Xəlilov Hüseyn Rasim
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Xəlilov Hüseyn Rasim

Ata adı: Rasim

🐣
Doğum — Bakı Nardaran
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Bakı Nardaran qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Hüseyn Xəlilov 27 mart 2002-ci ildə Sabunçu rayonunun Nardaran qəsəbəsində anadan olmuşdur. Əslən Bakının Nardaran kəndindəndir. 2020-ci ilə qədər 295 nömrəli tam orta məktəbdə və "dülgərlik" ixtisası üzrə peşə məktəbində təhsil alıb. Subay idi. Hüseyn Xəlilov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hüseyn Xəlilovun döyüşlərdə olduğu zaman çəkilmiş şəkli sosial şəbəkələrdə paylaşılmışdı. Hüseyn Xəlilov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı yaralanmışdır. Gəncədə və Bakıda yerləşən xəstəxanada koma vəziyyətində saxlanmışdır. 25 aprel 2021-ci ildə koma vəziyyəti zamanı müalicə aldığı xəstəxanada şəhid olmuşdur.Nardaran qəsəbəsində dəfn edilmişdir.

Azərbaycanın  işğal altında olan torpaqlarının  azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamılarına əsasən Hüseyn Xəlilov ​ölümündən sonra “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Hüseyn Xəlilov ​  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Xeyirxah, mülayim insan idi. Vətənpərvərlik əsas amili idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb 295 saylı məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Xəlilov Rasim Məhəmməd oğlu Ana: Zamanova Zəminə Nizami qızı Qardaş: Xəlilov Həmid Rasim oğlu Qardaş: Xəlilov Məhəmməd Rasim oğlu Qardaş: Xəlilov Məhəmmədəli Rasim oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər