Xəlilov Murad Qalib
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Xəlilov Murad Qalib

Ata adı: Qalib

🐣
Doğum — Şəmkir Şəmkir şəhəri, Çinarlı qəsəbəsi
🕊️
Şəhadət — Laçın Laçın rayonu
📍
Dəfn Olunduğu Yer Şəmkir Şəmkir rayonu Çinarlı qəsəbəsi Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Murad Xəlilov 25 yanvar 2003-cü ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində Qalib Xəlilov və Səlbi Tarverdiyevanın ailəsində anadan olmuşdur.  15 sentyabr 2009-cu ildə Natiq Süleymanov adına Şəmkir rayon 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 14 iyun 2020-ci ildə məktəbin 11-ci sinfindən məzun olmuşdur. Subay idi.
Murad Xəlilov 2 aprel 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, 28 aprel tarixindən Laçın rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində genişmiqyaslı təxribat törədib 2021-ci il noyabrın 16-sı qəfil hərbi əməliyyatlara başlamışdır. Ermənistan hərbçiləri bu istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum etmişdir. Başlanan hərbi əməliyyatlarda iştirak edən əsgər Murad Xəlilov 16 noyabr 2021-ci ildə cəbhənin Laçın rayonu istiqamətində antiterror əməliyyatını yerinə yetirərkən şəhid olmuşdur. 18 noyabr 2021-ci ildə onun nəşi ailəsinə təhvil verilmiş və doğulduğu Şəmkir rayonunun Çinarlı qəsəbəsində dəfn olunmuşdur.

2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Murad Xəlilov Azərbaycan Prezidenti İlham Əliyevin 27.12.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Murad Xəlilov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit təbiyyətli, mədəni, mərifətli, tərbiyyəli, igid, cəsur, qorxmaz, vətənpərvər, ailəcanlı, mehriban, qohumcanlı, gülərüz insan idi

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Çinarlı qəsəbəsi 2 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Xəlilov Qalib Rəcəb oğlu – 10.05.1977 – 051-737-87-47 Ana – Tanvrıerdiyeva Səlbi Faxrəddin – 03.06.1982 (14.08.2004 vəfat edib ) Ögey ana: İsayeva Nailə Ələsgər qızı – 03.06.1982 Bacı- Ağayeva İlahə Qalib qızı – 16.07.2001 Ögey bacı: Xəlilova Humay Qalib qızı – 14.02.2009 Ögey bacı: Xəlilova Nuray Qalib qızı – 30.08.2010

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər