Xəlilov Vidadi Vaqif
Polkovnik-leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Xəlilov Vidadi Vaqif

Ata adı: Vaqif

🐣
Doğum — Göyçay
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Göyçay Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Polkovnik-leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Cəbrayıl ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi"  yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
II dərəcəli "Qüsursuz xidmətə görə" medalı

II dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
I dərəcəli "Qüsursuz xidmətə görə" medalı

I dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vidadi Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində anadan olub. 1989-cu il Göyçay rayonu akademik Ziya Bünyadov adina 3 saylı tam orta məktəbə daxil olmuşdur.1999-cu ilə qədər həmin məktəbdə təhsil almışdir. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə yüksək nəticələrlə qəbul olub. 2003-cü ildə həmin məktəbin “motoatici” ixtisası üzrə bitirmiş və leytenant rütbəsi verilmişdir.

2003-cü ildən-2004-cü ilədək Müdafiə Nazirliyinin təlim tədris  mərkəzində ixtisas kursu keçmişdir. 2004-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinə göndərilmişdir.

2004-cü il tarixdən motoatıci tağım komandiri kimi xidmət edən Vidadi Xəlilov 2014-cü ildə “N” sayli hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin olunub. 

2019 -cu ildə Vidadi Xəlilova polkovnik leytenant rütbəsi verilir və "N" saylı hərbi hissənin döyüş hazırlığı rəisi vəzifəsinə təyin olunmuşdur. 

Vidadi Xəlilov Aprel döyüşlərində, Tovuz döyüşlərində və İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmişdir. Vətən müharibəsi zamanı ilk öncə Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda mübarizə aparmış və böyük şücaət göstərmişdir. Polkovnik Xəlilov Qubadlı rayonuna ayaq basan ilk hərbçilərdən biridir. 

Qubadlı döyüşlərində göstərdiyi şücaətə görə döyüş yoldaşları onu Qubadlı fatehi adlandırırdılar  

Vidadi Xəlilov Çin Xalq Respublikasında Xüsusi təyinatlıların kursunu bitirib. 

Ailəli idi. 2 övladı yadigar qaldı.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Xəlilov noyabrın 1-də Laçın döyüşləri zamanı şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021 tarixli sərəncamı ilə, Vidadi Xəlilov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ailə üzvləri bildirir ki, Vidadi çox vətənpərvər övlad idi. Öz balasından daha çox əsgərlərini fikirləşirdi, əsgərlərini balası sayırdı, onları fikirləşirdi. Müharibə vaxtı telefonla danışanda deyirdi ki, qürurlu olun, torpaqlarımızı işğaldan azad edirik. Əvvəl də onunla fəxr edirdik amma indi ikiqat fəxr edirik. Onun arzusu idi şəhid olmaq və arzusuna çatdı. Şəhidliyi şərəf hesab edirdi. Müəllimləri də deyir ki, Vidadi hərbi dərslərinə çox maraq göstərirdi. Heç vaxt torpaqlarımızın işğalda olması ilə razılaşmırdı. Həmişə deyirdi hər şey yaxşı olacaq. Onu “Qubadlı fatehi” adlandırırdılar. Vidadi həmçinin ailəcanlı, səmimi, mehriban, gülərüz, ünsiyyətcil insan idi. Vidadi çox ailəcanlıydı. Ailəsilə gəzməyi, səyahət etməyi, istirahət etməyi, birlikdə kinoya baxmağı çox sevirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göyçay şəhər, Akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəb
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Xəlilov Vaqif Xəlil oğlu Ana: Məmmədova Əminə Məmmədhüseyn qızı Həyat yoldaşı: Xəlilova Nərmin Arzu qızı Qızı: Xəlilzadə Zəhra Vidadi qızı Oğlu: Xəlilzadə Vaqif Vidadi oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər