Xəncəlov Ümüd Radif
MAHHXHQ
🇦🇿 Azərbaycan Şəhidi

Xəncəlov Ümüd Radif

Ata adı: Radif

🐣
Doğum — Qusar Hil kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Qusar Hil kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ümüd Xəncəlov 1994-cü il aprelin 10-da Qusar rayonunun Hil kəndində anadan olub. Ümüd Xəncəlovun ailədə üç bacısı və bir qardaşı olub. Ümüd Xəncəlov ailənin son beşiyi idi. 2001-2012-ci illərdə K. Kərimov adına Hil kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Ulyana adında bir qızı və Ömər adında bir oğlu yadigar qaldı.
Ümüd Xəncəlov 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ilin Tovuz döyüşləri zamanı şəhid olan Polad Həşimovun əsgəri idi.

Müddətli həqiqi hərbi xidmətini bitirəndən sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başladı. Kəşfiyyatçı olan Ümüd Xəncəlov əvvəlcə Hacı Zeynalabdin qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə 6 ay təlim aldı, sonra isə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başladı.

Ümüd Xəncəlov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun əsgəri olan Ümüd Xəncəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhid olduğu günə qədər 50-dən çox hərbçisinin həyatını xilas edib. Ümüd Xəncəlov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümüd Xəncəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümüd Xəncəlov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Ümüd Xəncəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Uşaqlığından vətənə sevgisi olan, mərd, cəsur insan kimi tanınırdı. Xarakter baxımından mülayim, böyüyə-kiçiyə hörmət edən adam idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Hil kənd tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Xəncəlov Radif Meyhəddin oğlu Ana: Xəncəlova Məryəm Əhməd qızı Həyat yoldaşı: Xəncəlova Zarina Nazir qızı Oğlu: Xəncəlov Omar Ümüd oğlu Qızı: Xəncəlova Ulyana Ümüd qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər