Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Arif
Ərəstun Xıdırov 1998-ci ilin martın 18-də Bərdədə anadan olub. 2005-ci ildə Bərdə şəhər Səfiyar Behbudov adına 6 saylı tam orta məktəbə getmiş, 2015-ci ildə orta təhsilini bitirmişdir. Ərəstun subay, həm də ailənin iki övladından biri idi.
2016-cı ildə Naxçıvan şəhərindəki N saylı hərbi hissədə xidmət etmiş, 2017-ci ildə xidmətini bitirmişdir.
08.09.2020-ci ildə hərbidə MAHHXHQ kimi fəaliyyətə başlayıb. Ərəstun Xıdırov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsində Suqovuşanın azad edilməsində aktiv şəkildə iştirak edib. 14 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətindəki döyüşlərdə şəhid olub. Oktyabrın 16-da isə nəşi Bərdəyə gətirilərək, Bərdə Şəhidlər Xiyabanında polkovnik-leytenant Elzamin Təhməzovla bir sırada dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Ərəstun Xıdırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənini çox sevib. Ailəcanlı, dostcanlı, mehriban insan olub.
Ata: Xıdırov Arif Qulu oğlu Ana: Qarayev Səidə Paşa qızı Qardaş: Xıdırov Azər Arif oğlu