Xudiyev Samir Səməd
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Xudiyev Samir Səməd

Ata adı: Səməd

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Laçın Sarıbaba yüksəkliyi
📍
Dəfn Olunduğu Yer Bakı Sabunçu rayonu, Ramana qəsəbə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Xudiyev Samir Səməd oğlu 18 iyul 2003 cü il əslən Füzuli rayonundan olan lakin Bakı şəhərində anadan olmuşdur.Samir 2009 cu ildə E.Məhərrəmov adına 137 saylı orta məktəbə 1-ci sinfə daxil olmuş 2020-ci ildə həmin məktəbi bitirmişdir.Samirin hərbiyə hərbiyə böyük həvəsi olmuş 2021-ci ilin iyulun 28-də həqiqi hərbi xidmətə yola düşmüşdür. Hərbidə olduğu müddətdə fərqlənən və seçilən əsgərlərdən idi. Samir Laçın rayonun 157 saylı hərbi hissəsində əsgər Artileriya kəşfiyyatçısı idi 2021 ci ilin noyabrın 13-dən 20 kimi Laçında Qaragöl ətrafında döyüşdə olmuş Döyüşdə olduğu müddətdə minamiyot atəşi altında olarkən 2 nəfər XTQ zabiti ( Xüsusi Təyinatlı Qüvvələri) xilas etmiş səngərə girərək ermənilərlə əlbəyaxa döyüşərək tərki-silah etmişdir ( Samir Qaragöldə döyüşdə olarkən Laçın rayonun 157 saylı hərbi hissədə xidmət edirdi ) Aprel ayında Laçın rayonun Yeni Komando Hərbi Hissəsi 769 saylı hərbi hissəsində xidmət etmişdir Samir İstedadlı və Bacarıqlı əsgərlərdən biri idi. Hərbi xidmətdə olduğu müddətdə bir neçə Kəşfiyyat əməliyyatlaırnda iştirak etmiş verilən tapşırıqları dəqiq və nizamnaməli şəklində yerinə yetirmişdir. Samir minamiyot yarışında “Ən yaxşı Minaatan Heyəti “ yarışında iştirak edən Samir 160 nəfərin içərisində Samir 1 ci yerə layiq görülmüş Qarabağ üzrə Quru Qoşunlar Komandanı General -Mayor Münasib Babayev şəxsən özü təltif etmiş Samirin alnından öpmüş pul və 5 günlük məzuniyyət hədiyyə vermişdir. Respublika Quru qoşunlar Komandanı General-leytenant Ənvər Əfəndiyev Samiri şəxsən özü tanıyırdı. Bir əsgəri bir neçə Generalın tanımağı böyük bir tapıntı deməkdir. Ali baş Komandan Prezident İham Əliyev Laçın rayonu 769 saylı Hərbi hissənin Açılışında Korpus Komandiri Polkovnik-leytenant Cavadov Fəxrəddinə döyüş bayrağı vermiş Korpus Komandiri Polkovnik-leytenant Cavadov Fəxrəddin Samiri şəxsən tanıyırdı Hərbidə Samirin ləqəbi “Sarı” deyə səslənirdilər . Samir 2 Avqustda döyüş kəşfiyyatında olmuşdur və tapşırığı yerinə yetirmişdir 4 Avqust axşam 22:30-dan döyüş əməliyyata çıxmış 5 Avqust 2022-ci ildə Saat 10:30-da Laçın rayonun Sarıbaba yüksəkliyində (2558 m) qalxarkən düşmən postunu almağa çalışarkən Şəhidlik zirvəsinə ucalmışdır. Xudiyev Samir Səməd oğlu ölümündən sonra "3-cü dərəcəli Vətənə xidmətə görə orden" , "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsarətli, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb E.Məhərrəmov adına 137 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Xudiyev Səməd Famil oğlu Ana: Xudiyeva Xanım Camal qızı Qardaş: Xudiyev Rəsul Səməd oğlu Bacı: Xudiyeva Günay Səməd qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər