Xurşudov Nazir Müxənnət
MAHHXHQ kiçik çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Xurşudov Nazir Müxənnət

Ata adı: Müxənnət

🐣
Doğum — Xaçmaz Çaykənarı kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Xaçmaz Çaykənari kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ kiçik çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nazir Xurşudov 1985-ci il fevralın 1-də Xaçmaz rayonunun Çaykənarı kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qaldı.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Nazir Xurşudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nazir Xurşudov oktyabrın 21-də Xocavənd döyüşləri zamanı şəhid olub. Xaçmaz rayonunun Çaykənarı kəndində dəfn olunub.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Xurşudov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nazir Xurşudov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Xurşudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nazir Xurşudov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Şəhidin anasının bildirdiyinə görə, Vətən müharibəsinin ilk günündən döyüşə atılan qorxmaz kəşfiyyatçi Ağdam, Füzuli, Cəbrayil və Xocavənd rayonları uğrunda qəhrəmanliqla savaşıb. Nazir orta məktəbi başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Murovdağda və Gədəbəydə kəşfiyyat bölüyündə xidmət edib. Əsgərliyini bitirdikdən sonra öz istəyi ilə yenidən ordu siralarina yazilan Nazir Xurşudov bir müddət Azərbaycan Sülhməramli Qüvvələrində xidmət edib. Qorxmaz hərbçi kimi Əfqanıstan, Pakistan və Bolqaristanda xüsusi kurslara da qatilib.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xaçmaz rayonu, Çaykənari kənd məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Xurşudov Müxənnət Xaliq oğlu Ana: Xurşudova Validə Əsədulla qızı Həyat yoldaşı : Xurşudova Qəmər Bilal qızı Oğlu: Xurşudov Şahin Nazir oğlu Oğlu: Xurşudov Asiman Nazir oğlu Qardaşı: Xurşudov Maarif Müxənnət oğlu Qardaşı: Xurşudov Eldar Müxənnət oğlu Bacı: Mahmudova Amaliya Müxənnət qizı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər