Yaqublu Fərman Telman
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Yaqublu Fərman Telman

Ata adı: Telman

🐣
Doğum — Beyləqan Beyləqan rayonu, Qəhramanlı qəsəbəsi
🕊️
Şəhadət — Kəlbəcər Kəlbəcər rayonu
📍
Dəfn Olunduğu Yer Beyləqan Beyləqan rayonu, Qəhramanlı qəsəbəsi
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Fərman Yaqublu 1993-cü il Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olmuşdur. Onun atası, Telman Yaqubov Birinci Qarabağ müharibəsində iştirak etmiş, 27 yanvar 1994-cü ildə Füzuli istiqamətində şəhid olmuşdur.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Ordusunun giziri olan Fərman Yaqublu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.

23 iyul 2021-ci ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan–Azərbaycan Dövlət Sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmuşdur. Açılan snayper atəşi nəticəsində hərbi qulluqçu, gizir Yaqublu Fərman Telman oğlu şəhid olmuşdur.

Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə gizir Yaqublu Fərman Telman oğlu 29.12.2020 "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Fərman Yaqublu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, ciddi, mehriban, dostcanlı insan kimi yaddaşlarda qalıb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Beyləqan rayonu, T.Məmmədov adına Qəhramanlı qəsəbə tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata : Yaqubov Telman Fərman oğlu Ana : Aslanova Sura Mürşüd qızı (20.03.1968)

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər