Yaqubov Fəxrəddin Yaqub
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Yaqubov Fəxrəddin Yaqub

Ata adı: Yaqub

🐣
Doğum — Qubadlı Qubadlı rayonunun Yusifbəyli kəndi
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Bakı Suraxanı rayonu Dədə Qorqud qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Fəxrəddin Yaqubov 1962-ci il iyulun 9-da Qubadlı rayonunun Yusifbəyli kəndində anadan olub. Ailəli idi, bir oğlu bir qızı yadigar qaldı.
1969-1979-cu illərdə Qubadlı rayon Çay Tumas kənd tam orta məktəbində təhsil alıb. 1979-1980-ci illərdə Bakıda 12 saylı Peşə məktəbində "soyuducu təmirçisi" ixtisası üzrə təhsilini davam etdirmişdir.
Fəxrəddin Yaqubov 1980-1982-ci illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
Bir müddət Bakı şəhərində sərnişin daşıma nəqliyyatında işləyən Yaqubov 15 ildən artıq Xətai rayonunda 7 nömrəli Təcili Tibbi Yardım Stansiyasında çalışırdı. 2020-ci ilin fevralından Azərbaycanda da aşkar olunmağa başlayan Koronavirus pandemiyası zamanı Yaqubov Təcili Tibbi Yardım (TTY) Stansiyasının sürücüsü kimi koronavirus xəstələrini xəstəxanaya çatdırmışdır.

Fəxrəddin Yaqubov 2020-ci il sentyabrın 28-dən Vətən müharibəsində könüllü olaraq çalışmağa başlamışdır. Fəxrəddin Yaqubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlər zamanı ölən və yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını döyüş meydanından çıxran Təcili Tibbi Yardım (TTY) avtomobilinin sürücüsü olub. Fəxrəddin Yaqubov noyabrın 22-də Laçın rayonu ərazisində azaraq Ermənistan Ordusunun olduğu əraziyə daxil olub.Nəticədə Fəxrəddin Yaqubov ermənilər tərəfindən əsir götürülüb və öldürülüb. Meyidi noyabrın 30-da Azərbaycan tərəfinə təhvil verilib. Xətai rayonunda dəfn olunub.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit, səbirli, mehriban, gülərüz və ailəsinə bağlı biri idi

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qubadlı rayonunun Çay Tumas kənd tam orta məktəb
İş Yeri Xətai rayonu 7 nömrəli Təcili Tibbi Yardım Stansiyasında sürücü
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Yaqubova Həbibə Məhəmməd qızı (01.04.1966) Oğlu: Yaqubov Azər Fəxrəddin oğlu (08.08.1988) Qızı: Yaqubova Şəbnəm Fəxrəddin qızı (04.07.1991) Gəlini: Yaqubova Günay Elçin qızı (06.12.1990) Nəvə: Yaqubov Fəxrəddin Azər oğlu (13.08.2016) Nəvə:Yaqubov Unur Azər oğlu (27.11.2017) Nəvə:Yaqubov Uğur Azər oğlu (27.11.2017)

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər