Salamlawmada deyesen sehvlık edırem
.
.
Namaz
Salamlawmada deyesen sehvlık edırem
D
Ata adı: Mərhəmət
Hümbət Mərhəmət oğlu Yaqubov 1998-ci ildə sentyabrın 4-də Hacıqabul rayonu Meyniman kəndində anadan olub. 2005-ci ildə Meyniman kənd tam orta məktəbin birinci sinifə daxil olub. 2016-cı ildə həmin məktəbi bitirib və 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Mingəçevir şəhərində N saylı hərbi hissədə başa vurub.
Hümbət Yaqubov 2020-ci ilin oktyabrın 9-da Vətən Müharibəsinə qatılıb. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşlərdə pulemyotçu kimi iştirak edib. Döyüş yoldaşları ilə birgə Qırmızı Bazar kəndi ətrafında mühasirəyə düşüb və qızğın döyüşlərdə son damla qanına kimi vuruşub. 22 yaşlı Hümbət oktyabrın 27-də şəhid olub və noyabrın 30-da Hacıqabul rayon, Meyniman qəbiristanlığında dəfn olunub.
Əsgər Hümbət Yaqubov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ciddi, qayğıkeş, cəsur, ailəcanlı, dostcanlı gənc idi.
Ata: Yaqubov Mərhəmət Hümbət oğlu Ana: Yaqubova Laçın Ağadadaş qızı Bacı: Yaqubova Əfsanə Mərhəmət qızı Qardaşı: Yaqubov İlqar Mərhəmət oğlu Bacı: Yaqubova Yasəmən Mərhəmət qızı Bacı: Yaqubova Nərminə Mərhəmət qızı