Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Eldəniz
Yaqub Yaqubzadə 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. 2005-2016-cı illərdə Xəzər rayonunda 92 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Tbilisi şəhərində Gürcüstan, Avropa Universitetində "Kompüter mühəndisliyi" üzrə ali təhsil alıb. Subay idi.
Yaqub Yaqubzadə 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. İyul-sentyabr aylarında Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, sentyabr ayından isə Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Yaqub Yaqubzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Yaqub Yaqubzadə oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Düşüncəli, mərd, cəsur döyüşçü olub, sülhsevər, mülayim təbiətli, zarafatcıl insan olub. Döyüş yoldaşlarının dediyinə əsasən döyüş vaxtı Yaqub hamıda cox böyük ruh yüksəkliyi yaradırmış. Bəzən ciddi, bəzən zarafat edərək döyüş yoldaşlarının əhval-ruhiyyəsini yüksək edib. Döyüş zamanı hər kəsdən öndə gedib, heç nədən qorxmadan çəkinmədən döyüşə atılıb. Çox mərd döyüşçü olub .
Ata: Məmmədov Eldəniz Yaqub oğlu Ana: Məmmədova Səmurə Kərəm qızı Bacı: Yaqubzadə Nərmin Eldəniz qızı Bacı: Yaqubzadə Sima Eldəniz qızı