Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Nizami
Azad Yolçuyev 1985-ci il aprelin 11-də Ağstafa rayonunun Kolayır kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Azad Yolçuyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azad Yolçuyev noyabrın 4-də Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində şəhid olub. Ağstafa rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Yolçuyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Yolçuyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Yolçuyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Yolçuyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Azad igid, mərd oğul olub. Öz şəxsi maraqlarını vətən yolunda qurban verənlərdən idi və bu yolda sonadək əzmlə irəliləyib.
Ata: Yolçiyev Nizami Alhüseyn oğlu Ana: Çarçıyeva Ofelya Nurəddin qızı Qardaş: Yolçuyev Azər Nizami oğlu Qardaş: Yolçuyev Fizuli Nizami oğlu Həyat yoldaşı: Nəbiyeva Ləman İlham qızı Oğlu: Yolçuzadə Nizami Azad oğlu Qızı: Yolçuzadə Həbibə Azad qızı