Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Fazil
Elşən Yunisli 1995-ci il oktyabrın 22-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Elşən Yunisli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elşən Yunisli Murovdağ döyüşləri zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. Onun nəşi 26 iyun 2021-ci ildə tapılıb və ailəsinə təhvil verilib. 27 iyun tarixində Şəmkir rayonunun Təzəkənd kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Yunisli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Yunisli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Yunisli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elşən Yunisli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, təvazökar, yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz insan olub.
Ata: İsgəndərov Fazil Yunis oğlu Ana: İsgəndərova Elmira Hilal qızı Qardaşı: Yunisli Eşqin Fazil oğlu Bacısı: Yunisli Əsmər Fazil qızı