Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Mirxas
Alxas Yunusov 1986-cı il yanvarın 18-də Cəlilabad şəhərində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Alxas Yunusov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Alxas Yunusov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alxas Yunusov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Alxas Yunusov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alxas Yunusov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Alxas Yunusov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəcanlı, vətənpərvər, dostcanlı insan olub.
Ata: Yunusov Mirxas İbrahim oğlu Ana: Yunusova Ağabəyim Cəbrayıl qızı Qardaş: Yunusov Kamal Mirxas oğlu Qardaş: Yunusov Anar Mirxas oğlu Qardaş: Yunusov Şahbaz Mirxas oğlu Qardaş: Yunusov Vəfalı Mirxas oğlu Qardaş: Yunuslu Mircəddin Mirxas oğlu Bacı: Qasımova Gözəl Mirxas qızı Bacı: Zeynalova Ağagül Mirxas qızı Bacı: Əliyeva Səidə Mirxas qızı Bacı: Yunusova Qızqayıd Mirxas qızı Bacı: Qarayeva Vəfa Mirxas qızı Həyat yoldaşı: Yunusova Nuranə Nəbi qızı Oğlu: Yunuslu Mirxas Alxas oğlu Qızı: Yunuslu Elif Alxas qızı Oğlu: Yunuslu Alxan Alxas oğlu