Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Bayram
Murad Yunusov Bayram oğlu 2001-ci ildə Kürdəmirin Şahsevən kəndində dünyaya göz açıb. O, rayonun Köhnəbazar kənd orta məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb.
2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başlayanda Murad Yunusov artıq bir il idi ki, əsgər idi. Füzulidən döyüşlərə başlayan Murad Xocavəndin, Cəbrayılın, Zəngilanın, Qubadlının azad edilməsi uğrunda igidliklə vuruşub. Son döyüşü Şuşa istiqamətində olub və noyabrın 2-də şəhidlik zirvəsinə ucalıb. Kürdəmir rayonunun Şahsevən kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Yunusov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib .
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham ƏlÜiyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Murad Yunusov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Anası Yunusova Almaz: Murad 3 oğlumun kiçiyi idi. O çox istiqanlı, mehriban, zarafatcıl uşaq idi. Hamıya tez qaynayıb qarışırdı. Boy-buxunlu, ətli-canlı olduğuna hamı elə bilirdi ki, böyük oğlumuz Muraddır. Arzularla həyat dolu idi Murad. Şən zarafatları, gur səsi qulağımdan, gülər üzü gözümün qabağından getmir. 2019-cu ilin oktyabrın 3-də Murad hərbi xidmətə getdi. Bircə dəfə andiçməyə getdik yanına. Məzuniyyətə gələcəkdi, pandemiya səbəbindən buraxmadılar. Ancaq tez-tez telefonla danışırdıq. Murad 40 gün Füzuli, Cəbrayıl, Zəngilan, Horadiz, Xocavənd uğrunda döyüşlərdə iştirak etdi. Bəzən hər gün, bəzən iki gündən bir danışırdı bizimlə. Sonuncu dəfə noyabrın 1-də zəng edəndə yarım saatdan çox danışdıq. Noyabrın 4-nə kimi zəng gəlmədi ondan, sən demə şəhid olubmuş balam.
Qardaşı Yunusov Şəmistan: 3 qardaşın böyüyü mənəm. Məktəbdə gözüm Muradın üzərində idi, qoruyurdum onu, evə gələndə özüm gətirirdim. Murad fiziki işlə, idmanla çox məşğul olduğuna görə, bizdən çox güclü, cüssəli idi. Onun Şəhid olmağına inanmağım gəlmirdi. Bağıra-bağıra ağlamaq, ürəyimi boşaltmaq istəyirdim. Dəfnində izdihamı görəndə, hamının, yüzlərlə insanın ondan ötrü göz yaşı tökdüyünü görəndə ürəyim dağa döndü. Acını, kədəri qürur əvəz elədi. Mənim qardaşım bir evdən getmişdi, 18 yaşında sadə bir kənd uşağı kimi, bir elə qayıtdı bayraqla, qəhrəman kimi, şəhid kimi. Belə qarşılanma, belə yola salma, belə dəfn hər kəsə nəsib olmur.
Müəlliməsi Şamama Əhmədova: Muradı məktəbdə Qara Murad deyə çağırırdılar. Hamı xətrini çox istəyirdi. Səmimi və dürüst idi. Heç yalan danışmazdı, xoşuna gələrdi ki, tədbirlərdə ona nəsə bir iş tapşırılsın. Canla-başla yerinə yetirərdi. Əgər səhv bir hərəkəti olsa idi, düzünü deyərdi. Biz onunla həmişə fəxr edəcəyik. Vətən meharibəsində qəhrəmanlıq göstərdi və Şəhidlik zirvəsinə ucaldı. Tarix dərsini yaxşı oxumayan Murad bir tarix yazdı.
Ata: Yunusov Bayram Heydar oğlu Ana: Yunusova Almaz Oruc qızı Qardaşı: Yunusov Şəmistan Bayram oğlu Qardaşı: Yunusov Kamran Bayram oğlu