Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Elbrus
Böyükağa Yusibli 1 sentyabr 2000-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində Elbrus Yusifovun və Ülviyyə Yusifovanın ailəsində anadan olmuşdur.
2006-2017-ci illərdə orta təhsil almışdır. Asudə vaxtlarında poeziya ilə məşğul olub şeir yazmışdır. Subay idi.
Böyükağa Yusibli 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli hərbi xidmət etmişdir. 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Böyükağa Yusibli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tuşlayıcı-operator olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Böyükağa Yusibli 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Beyləqan rayonunda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Böyükağa Yusibli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, ünsiyyətcil, mehriban, igid, məsuliyyətli insan kimi xatırlanır. Anası Ülviyyə Yusifova deyir ki, Böyükağa şəhid olduqdan sonra onun xatirə dəftərini tapıb və oğlunun Vətəni necə sevdiyinin bir daha şahidi olub. 2020-ci il sentyabrın 18-də anası ilə söhbət edən Böyükağa bu görüşü də öz dəftərinə qeyd edib. Səhəri gün isə kənddə yerləşən Şəhidlər Xiyabanına üz tutub. Sanki şəhid olacağını hiss etmişdi...
Şəhid oğlu haqqında qürurla danışan Elbrus Yusifov isə bildirir ki, hərbin sirlərinə yiyələnən Böyükağa döyüş maşınının tuşlayıcısı olub. Böyükağa düşmən təxribatının qarşısının alınması məqsədilə başlanan əks-hücumda ön sıralarda yer alıb. Tuşlayıcısı olduğu piyada döyüş maşınından açdığı atəşlə düşmənin xeyli canlı qüvvəsini, mövqelərini və texnikasını məhv edib. 27 il ərzində düşmən tərəfindən qurulan sədlərin yarılmasında şücaəti ilə seçilib. Döyüşlərin üçüncü günündə onların döyüş maşını vurulsa da, geri çəkilməyiblər. Düşməndən qənimət kimi götürdükləri döyüş maşını ilə yenidən hücuma keçiblər. Oktyabrın 3-də düşmən mərmisi Böyükağanın da içərisində olduğu maşına dəyib və Böyükağa şəhidlik zirvəsinə ucalıb.
Ata: Yusifov Elburus Ələmdar oğlu Ana: Yusifova Ülviyyə Elburus qızı Qardaş: Yusifli Cavidan Elburus oğlu Bacı: Yuzifzadə Türkanə Elburus qızı Bacı: Yusifzadə Gülsüm Elburus qızı Bacı: Yusifzadə Hafizə Elburus qızı