Yusibov Rəşad Nazim
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Yusibov Rəşad Nazim

Ata adı: Nazim

🐣
Doğum — Şəmkir
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Şəmkir Şəhər qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəşad Nazim oğlu Yusibov 1996-cı ildə avqustun 19-da Şəmkir rayonunda anadan olub. Vətən müharibəsi zamanı Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 1-də Kəlbəcər uğrunda gedən döyüşlərdə də həlak olub. Ölümündən sonra “Kəlbəcərin azadlığı uğrunda” , “Vətən uğrunda” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rəşad Yusibov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Şəhid anası Aybəniz Yusibova: "Hamı dedi ki, üzün ağ olsun. Belə bir övlad böyütmüsən. Hər yerdə mənə tərif gətirdi. İşə yeni girmişdi. Dedim, bala, qoy mən də işləyim.Yükün hamısı sənin çiynindədir. Dedi, "ana, nə danışırsan, ailəmin yükünü özüm çəkəcəyəm". Balaca vaxtı böyüyəndə kim olacağını soruşanda deyirdi,"əsgər olacağam".

Ən böyü razusu dayılarının qisasını almaq idi. Bir dayısı şəhid, bir dayısı isə Qarabağ əlili idi. Dayılarının qisasını aldı, özü isə böyük zirvəyə yüksəldi. Hər il yanvarın 20-də gedib dayısının məzarını ziyarət edirdi".
Şəhid qardaşı Elşad Yusibov: "Qadaşım yeriyə biləcək ayağım, düşünən beynim idi. O məni bu günə gətirb çıxartdı. Qardaş kəlməsi əziz bir sözdür".

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəmkir şəhəri, Cahangir Rüstəmov adına tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Yusibov Nazim Saleh oğlu Ana: Yusibova Aybəniz Bayramalı qızı Bacı: Qəribova Türkan Nazim qızı Qardaş: Yusibov Elşad Nazim oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər