Yusif-zadə Ramil Adəm
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Yusif-zadə Ramil Adəm

Ata adı: Adəm

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Füzuli Aşağı Əbdurrahmanlı
📍
Dəfn Olunduğu Yer Bakı Binə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ramil Yusif- zadə 22 may 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Mərdəkanda Süleyman Rüstəmov adına 3 saylı gimnaziyada 1-ci sinifə daxil olmuşdur. 2015-ci ildə gimnaziyanı bitirərək, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol müəllimliyi fakültəsinə qəbul olmuşdur.
2019-cu ildə akademiyadan məzun olan Ramil həmin il Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olaraq müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Ramil Yusif- zadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yusifzadə 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş sahəsinə daxil olub qarşı tərəfin müdafiəsini yarmış, lakin, yaralanmışdır. Sonra ilkin tibbi yardımdan imtina edərək döyüşə davam etmişdir. İkinci dəfə ayağından yara aldıqdan sonra ona ilkin tibbi yardım edilmişdir. Lakin, sonda qarşı tərəfin atdığı artilleriya mərmisinin dəyməsi nəticəsində Ramil Yusifzadə həmin gün şəhid olmuşdur..

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusif-zadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusif-zadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusif-zadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ramil Yusif-zadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Yusifzadə Ramil Adəm oğlu orta məktəbdə oxuduğu dövrdə yaxşı oxumuş, özünü nümunəvi şagird kimi göstərmişdir. Məktəbin tədbirlərində yaxından iştirak etmişdir. Orta təhsil aldıqdan sonra Bakı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuş, 2019-cu ildə təhsilini başa vurub hərbi xidmətə yola düşür. Hərbi xidmətdə özünü nümunəvi əsgər kimi göstərmişdir. Qərargah rəisinin verdiyi bütün tapşırıqları lazımınca yerinə yetirmiş, kompüterdə lazımi yazıları vaxtında yazıb təhvil verirdi. Hərbi xidmətə gələn yeni əsgərlərə lazımi köməklik edərdi. Ona dəfələrlə təşəkkürnamə təqdim edilmişdir. Ramil II Qarabağ döyüşlərinə könüllü qoşularaq döyüşmüş, yaralanmağına baxmayaraq irəli getmişdir. Qərargah rəisi yaralanaraq partlayış zamanı üstünə tökülən mərmi qalıqlarını Ramil təmizləmiş və su vermişdir. Hal-hazırda Qərargah rəisi həyatdadır, onun söylədiyinə görə Ramilin göstərdiyi köməklik sayəsində sağ qalıb və ömrünün sonuna qədər onu unutmayacaq.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Mərdəkana 3 saylı Süleyman Rüstəm adına Gimnaziya
Ali Təhsil Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Yusifzadə Adəm Adəm oğlu Ana: Yusifova Reyhan Çingiz qızı Bacı: Quliyeva Arzu Adəm qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər