Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Sabir
Yusif Yusifbəyli 1993-cü il avqustun 22-də Yevlax şəhərində anadan olub. Bir qızı yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Yusif Yusifbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yusif Yusifbəyli oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Yusifbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Yusifbəyli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yusif Yusifbəyli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mərd, qorxmaz, ailəcanlı insan idi.
Ata: Abbasov Sabir Yusif oğlu Ana: Abbasova Mehriban Knyaz qızı Qardaş: Yusifbəyli Asif Sabir oğlu Qardaş: Abbasov Ülvü Sabir oğlu Həyat yoldaşı: Yusifbəyli Xəyalə Ramin qızı Qızı: Yusifbəyli Nuray Yusif qızı