Yusifov Anar Sərxan
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Yusifov Anar Sərxan

Ata adı: Sərxan

🐣
Doğum — Ağdam Sarıcalı kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Ağdam Quzanlı Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Yusifov Anar Sərxan oğlu 1991-ci ilin 9 mayında Ağdam rayonunun Sarıcalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdam Dövlət İqtisad Kollecində maliyə-kredit fakultəsinə qəbul olunub. 2010-cu ildə hərbi xidmətə yollanıb.

Atasının xəstəliyini nəzərə alaraq uşaqlıqdan arzuladığı hərb sahəsinin “kitabını bağlayan” Anar, General Polad Həşimov şəhid olandan sonra könüllü şəkildə döyüşmək üçün ərizə ilə səfərbərliyə müraciət edib. Döyüşlər başlayandan sonra yenidən Səfərbərlik Xidmətinin Ağdam şöbəsinə gedib və könüllü olaraq cəbhəyə yollanmaq istədiyini bildirib. Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılıb və bir çox qəhrəmanlıqlar göstərərək mənfur düşməni məhv edib. O, oktyabrın 30-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhid olmazdan təxminən 1 saat əvvəl atası ilə telefonla danışıb. Telefon danışığı zamanı Anar atasına deyib ki, buralar çox səfalı yerlərdir, indi başa düşürəm ermənilər buraları niyə işğal edib.

Atası oğlunun dəfnində : “Anar tək mənim oğlum deyil, Azərbaycanın oğludur. Bu gün qan bahasına o torpaqları işğaldan azad etdik. Onlar gələcək nəsil üçün bir örnək yaratdılar. Bütün şəhid anaları, ataları başlarını dik tutsun. Bizim uşağımız Vətən yolunda şəhid olub. Onların şəhid olduğuna görə heyfslənə bilmərik”,- deyib.

Anarın qardaşı da döyüşürdü. Anar döyüş yoldaşlarına deyirdi ki, ikimizdən birimiz ölsək, təki mən ölüm, qardaşım sağ qalsın. Çünki mənim 3 uşağım var, amma onun heç bir uşağı da yoxdur. Dediyi kimi də Anar şəhid oldu.

Evli idi. 2 qızı və 1 oğlu yadigar qalıb. Ahu adlı körpə qızı atasının şəhidliyindən sonra dünyaya gəlib. Ölümündən sonra Anar "Füzulinin azad olunmasına görə" “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Anar Yusifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur bir döyüşçü olub, vətənini sevən, ailəsinə sadiq, sakit, mehriban bir övlad olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağdam rayonu, Sarıcalı kənd tam orta məktəbi
Ali Təhsil Ağdam Dövlət İqtisad Kolleci
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Yusifov Sərxan Həsən oğlu Ana: Yusifova Səmiyyə Abuş qızı Qardaşı: Yusifov Müşviq Sərxan oğlu Həyat yoldaşı: Yusifova Ətlaz Ayza qızı Qızı: Yusifova Aydan Anar qızı Oğlu: Yusifli Sərxan Anar oğlu Qızı: Yusifova Ahu Anar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər