Yusifov Mehman Musa
Baş gizir
🇦🇿 Azərbaycan Şəhidi

Yusifov Mehman Musa

Ata adı: Musa

🐣
Doğum — Tovuz Bayramlı kəndi
🕊️
Şəhadət — Cəbrayıl
📍
Dəfn Olunduğu Yer Tovuz Bayramlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş gizir
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
"Qarabağ" ordeni

"Qarabağ" ordeni

"Qarabağ" ordeni
II dərəcəli "Qüsursuz xidmətə görə" medalı

II dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi"  yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mehman Yusifov 1979-cu il iyulun 18-də Tovuz rayonunun Bayramlı kəndində Musa və Gülsüm Yusifovların ailəsində anadan olub.

1985-1996-cı illərdə Tovuz rayonunda E. Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb. Günel Yusifova ilə ailəli idi. Məhəmməd və Süleyman adında oğulları, Fatimə adında isə qızı yadigar qaldı.Mehman Yusifov 1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildən isə artıq Xüsusi Təyinatlı Qüvvələrdə gizir idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.Azərbaycan Ordusunun baş giziri olan Mehman Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehman Yusifov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Bayramlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Yusifov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Yusifov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Dəli-dolu, istədiyini əldə edən, özünü vətənə həsr edən, igid və qəhrəman insan olub. Yetişdirdiyi əsgərlərə ancaq vətənpərvərlikdən danışır, insan psixologiyasını yaxşı bilirdi. Ancaq bir şuarı var: "Vətən qeyrətimizdir, namusumuzdur!"

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Tovuz rayonu Bayramlı kəndi, Elşad Orucov adına orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Yusifova Günel Yunis qızı Oğlu: Yusifzadə Məhəmməd Mehman oğlu Qızı: Yusifzadə Fatimə Mehman qızı Oğlu: Yusifzadə Süleyman Mehman oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər