Yusifov Ramil Mürşid
Baş gizir
🇦🇿 Azərbaycan Şəhidi

Yusifov Ramil Mürşid

Ata adı: Mürşid

🐣
Doğum — İsmayıllı Ağbulaq kəndi
🕊️
Şəhadət — Murovdağ
📍
Dəfn Olunduğu Yer İsmayıllı Ağbulaq kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Murovdağ ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ramil Yusifov 1978-ci il aprelin 24-də İsmayıllı rayonunun Ağbulaq kəndində anadan olub.
Azərbaycan Ordusunun baş giziri olan Ramil Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramil Yusifov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ramil Yusifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Gülərüz və mehriban insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb İsmayıllı rayon, Ağbulaq kənd orta məktəb
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Yusifov Mürşid Baba oğlu Ana: Yusifov Çərkəz Ağarza qızı Qardaş: Yusifov İslam Mürşid oğlu Qardaş: Yusifov İkram Mürşid oğlu Qardaş: Yusifov Kamil Mürşid oğlu Qardaş: Yusifov Bəxtiyar Mürşid oğlu Həyat yoldaşı: Yusifova Zeynəb Vaqif qızı Oğlu: Yusifov Ramiz Ramil oğlu Oğlu: Yusifov Camal Ramil oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər