Yusubov Elzar Süleyman
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Yusubov Elzar Süleyman

Ata adı: Süleyman

🐣
Doğum — Gürcüstan Dmanisi şəhəri, Qəmərli kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı Hövsan Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elzar Yusubov 1989-cu il yanvarın 9-da Dmanisi rayonunun Qəmərli kəndində anadan olub. 1992-ci ildə Yusubovlar ailəsi Hövsan qəsəbəsində yaşamağa başladılar. 1995-2007-ci illərdə Hövsan qəsəbəsində Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı.
Elzar Yusubov 2011-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildə Daxili Qoşunların sıralarında Manqa Komandiri vəzifəsində xidmət edib.

2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Elzar Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elzar Yusubov oktyabrın 8-də Füzuli döyüşləri zamanı yaralansa da, döyüşməyə davam edib. Döyüşlər başa çatdığdan sonra təcili tibbi yardım göstərilib, döyüş meydanından təxliyyə edilsə də, qanitirmə nəticəsində şəhid olub. Hövsan qəsəbəsində dəfn olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elzar Yusubov 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elzar Yusubov “Cəsur döyüşçü” medalı   ilə təltif edilib.  

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzar Yusubov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzar Yusubov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Xatirələrdə Yaşayan Şəhid:

Sakit təbiətli, mülayim, mədəni, xoşrəftar insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Hövsan qəsəbəsi, 76 saylı məktəb
Ali Təhsil Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Yusubov Süleyman İsmayıl oğlu Ana: Daşdəmirova Günəş Qurbanəli qızı Qardaş: Yusubov Səxavət Süleyman oğlu Həyat yoldaşı: Əliyeva Günalə Elşən qızı Qızı: Yusubova Ayan Elzar qızı Qızı: Yusubova Mələk Elzar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər