Zalov Fəqan Amil
Kiçik miçman
🇦🇿 Azərbaycan Şəhidi

Zalov Fəqan Amil

Ata adı: Amil

🐣
Doğum — Sabirabad Qalağayın çadır şəhərciyi
🕊️
Şəhadət — Xocavənd Qızılqaya yüksəkliyi
📍
Dəfn Olunduğu Yer Füzuli Babı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Kiçik miçman
Qoşun Növü Hərbi Dəniz Qüvvələri
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Füzuli ⚔️ Cəbrayıl ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Vətən Müharibəsi Qəhrəmanı medalı

Vətən Müharibəsi Qəhrəmanı medalı

Vətən Müharibəsi Qəhrəmanı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Fəqan Zalov 1997-ci il aprelin 1-də Amil Zalovun və Səridə Zalovanın ailəsində, Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir.

2003-2007-ci illərdə Füzuli rayon Babı kənd Markıs Hacıyev adına tam orta məktəbində təhsil almışdır. 2010-2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir.

Fəqan Zalov subay idi. Onun ailəsində 3 uşaq olub – özü, qardaşı Nicat və bacısı Gültəkin. Qardaşı Nicat Zalov da İkinci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışdır. Fəqan Zalov 2015-ci ildə Füzuli RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Artilleriya Qoşunlarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirmişdir.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Fəqan Zalov Azərbaycan Artilleriya Qoşunlarının əsgəri olaraq savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Döyüşlərdə yaralanan əsgər Zalov müalicəsi bitdikdən sonra xidmətini davam etdirmişdir. Fəqan Zalov 2017-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətini başa vurmuşdur. 9 ay sonra 2017-ci ilin oktyabr ayından dekabr ayınadək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluq etmək üçün kursdan keçmişdir və kursu bitirdikdən sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur

2017-ci ilin dekabr ayından 2019-cu ilin mart ayına qədər HDQ-nin “N” saylı hərbi hissəsinin Gözətçi Gəmilər Diviziyasının “N” nömrəli gəmisində komendor vəzifəsində xidmət etmişdir. Gəmidə xidmət etdiyi dövrdə Xəzəryanı dövlətlərinin birgə təşəbbüsü ilə keçirilən "Beynəlxalq dəniz kuboku" yarışlarında iştirak etmişdir. Onun xidmət etdiyi gəmi dəniz kuboku yarışlarında dəfələrlə qalib gəlmişdir. Yarışlarda gəminin komendoru Fəqan Zalov bir çox fəxri fərmanlarla təltif olunmuşdur. 2018-ci ilin mart ayından 2018-ci ilin dekabr ayınadək “N” saylı hərbi hissənin nəzdində olan Xüsusi Təyinatlı Kəşfiyyat kursunu birincilik dərəcəsi ilə bitirdiyinə görə “kiçik miçman” rütbəsi almışdır. 2019-cu ilin mart ayından “N” saylı hərbi hissədə Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmişdir. Xidmət etdiyi dövrdə kəşfiyyatçı olaraq “Dağçılıq”, “Paraşüt”, “Antiterror”, “Amfibiya” kurslarını bitirmişdir.

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.

Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsi zamanı əvvəlcə Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl rayonundan başlayan əks hücum əməliyyatlarında qarşı tərəfin illər boyu qurduğu və möhkəmləndirdiyi mühəndis-istehkam və müdafiə zolaqlarının yarılmasında bir çox istiqamətdəki strateji yüksəkliklərin ələ keçirilməsində fərqlənmişdir. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi — Aşağı Maralyan, Çaxırlı, Mehdili, Quycaq, Şəybəy, Cəfərabad, Çərən, Daşəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şürbəyli və Yuxarı Maralyan işğaldan azad edilmişdir.

Fəqan Zalov 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndi istiqamətində ayağından qəlpə yarası alaraq yaralanmışdır. Əvvəlcə, Füzuli rayonunda, sonra Beyləqan rayonunda, sonuncu dəfə isə Hacıqabul rayonunda yerləşən xəstəxanaya yerləşdirilmişdir. Verilən məzuniyyətdən imtina etmiş və döyüş meydanına qayıtmışdır. İlk olaraq Xocavənd istiqamətində gedən döyüşlərdə adsız yüksəkliklərin ələ keçirilməsində fərqlənmişdir.

19 oktyabrda SAH Xüsusi Təyinatlı Qüvvələrinin də iştirak etdiyi hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri işğaldan azad edilmişdir. Fəqan Zalov bundan sonra Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə də vuruşaraq fərqlənmişdir. Onun son döyüşü Xocavənd istiqamətində olmuşdur.

Fəqan Zalov 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasına 6 saat qalmış Xocavənd rayonunun (601 və 436 metr) yüksəkliklərinin cənub istiqamətində “Qızılqaya” adlı ərazidə yarımqrup tərkibində hücum əməliyyatını yerinə yetirən zaman qarşı tərəfin atdığı mərmilərin partlayışı nəticəsində qəlpə yarası almışdır. Qəlpə boyun hissəsindən daxil olub ağciyərini və ürəyini parçaladığı və ölümcül olduğu üçün kiçik miçman Fəqan Zalov xilas edilə bilməmiş və şəhid olmuşdur. Fəqan Zalov Füzuli rayonunun Babı kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur.

Müdafiə Naziri Zakir Həsənovun "081t" nömrəli 20 iyun 2019-cu il tarixli Sərəncamına əsasən Fəqan Zalov "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Gülərüz, zaraftcıl, sakit təbiətli insan, qayğıkeş və mehriban idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qubadlı rayonu Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbi (Sumqayıt şəhəri)
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Zalov Amil Mərkəz oğlu Ana: Zalova Səridə Maşı qızı Qardaş: Zalov Nicat Amil oğlu Bacı: Zalova Gültəkin Amil qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər