Zalov Vidadi Nizami
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Zalov Vidadi Nizami

Ata adı: Nizami

🐣
Doğum — Abşeron Saray qəsəbəsi
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Babək Saray qəsəbə qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni
"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vidadi Zalov 17 iyul 1985-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində vaxtilə orada sovxoz direktoru işləmiş Nizami Zalovun yeganə oğul övladı olaraq anadan olmuşdur. 1992–2003-cü illərdə Azim Müzəffərov adına Abşeron rayon Saray qəsəbə 2 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur. 2007-ci ildə həmin universitetin Maliyyə fakültəsindən məzun olmuşdur. Ailəli idi, Nizami adlı oğlu, Humay adlı qızı yadigar qaldı.

Vidadi Zalov ali təhsil aldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən 1 il müddətində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Sonra isə Müdafiə Nazirliyinin "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmış, kursları bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qayıtmışdır. Dörd ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. Hərbi xidmət zamanı fərqləndiyinə görə hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılmış, 26 iyun 2018-ci ildə Müdafiə naziri Zakir Həsənov tərəfindən "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Vidadi Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vidadi Zalov "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Vətən müharibəsində iştirakına görə Vidadi Zalov baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi.

Vətən müharibəsi bitdikdən sonra bir neçə medallarla təltif olunan Vidadi Zalov "Gizirlik kursu"na yazılmış, kursu müvəffəqiyyətlə bitirdikdən sonra "kiçik çavuş" rütbəsindən "gizir" rütbəsinə yüksəlmişdi. Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonu istiqamətində yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmətini davam etdirirdi.

11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutmuşdur. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olmuş və yaralanmışdır. Baş verən qarşıdurma nəticəsində Vidadi Zalov döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Vidadi Zalovun nəşi evinə gətirilərək 12 aprel 2023-cü ildə doğulduğu Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunmuşdur. Dəfn mərasimində Vidadi Zalovun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak etmişlər.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2023 tarixli  sərəncamına əsasın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu  Vidadi Zalov  “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu,  Vidadi Zalov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, ciddi, intizamlı, bacarıqlı, qayğıkeş insan olduğu bildirilir.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Saray qəsəbəsi 2 saylı orta məktəb
Ali Təhsil Azərbaycan Dövlət İqtisad Universiteti
İş Yeri Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Zalov Nizami Qurban oğlu Ana: Zalova Ədilə Şirəli qızı Bacı: İsmayılova Aygün Nizami qızı Bacı: Bayramova Aidə Nizami qızı Oğlu: Zalov Nizami Vidadi oğlu Qızı: Zalova Humay Vidadi qızı Qızı: Zalova Nilay Vidadi qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər