namazla bağlıdı
KFC və ya MACdonald da işləmək olar?
KFC və ya MACdonald da işləmək olar?
Bəqərə surəsi (49-57) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 9 Oktyabr 2026)
Cümə moizəsi Mövzu: Zikr və qəflət -12
Ata adı: Azad
Zamanlı Əhməd Azad oğlu 1 iyun 2004-cü ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olub. Atası Zamanov Azad Əhməd oğlu Birinci Qarabağ Müharibəsinin, qardaşı Zamanlı Murad Azad oğlu Vətən Müharibəsinin iştirakçısıdır. Əhməd Şəmkir rayonu Könüllü kəndi Zakir Namazov adına tam orta məktəbdə təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zamanlı Əhməd Azad oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub.
Şəmkir rayonunun Könüllü kənd qəbiristanlığında dəfn edilib.
Mərd, yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz, istiqanlı insan olub.
Ata: Zamanov Azad Əhməd oğlu Ana: Zamanova Ceyhunə Musa qızı Bacı: Zamanlı Nərgiz Azad qızı Qardaş: Zamanlı Murad Azad oğlu