Zaməddinov Fərid İmran
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Zaməddinov Fərid İmran

Ata adı: İmran

🐣
Doğum — Oğuz
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Oğuz Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Fərid Zaməddinov 1986-cı il mayın 11-də Oğuz şəhərində İmran və Nərgiz Zaməddinovların ailəsində anadan olub. 1992–2003-cü illərdə Oğuz şəhəri E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Nəzrin və Nərmin adında 2 qızı, Aqşin adında isə 1 oğlu yadigar qaldı.
Fərid Zaməddinov 2003–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun giziri olan Fərid Zaməddinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Zaməddinov noyabrın 10-da Talış istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Oğuz Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Zaməddinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün 24.06.2121-ci il tarixdə -də “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Fərid Zaməddinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim təbiətli, sakit xarakterli biri olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Oğuz rayonu E.Abdullayev adına 2 saylı məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Zaməddinov İmran Ürkünəddin oğlu Ana: Zaməddinova Nərgiz Vəliyəddin qızı Bacı: Zaməddinova Təhminə İmran qızı Qardaş: Zaməddinov Ürkünəddin İmran oğlu Həyat yoldaşı: Zaməddinova Zeynəb Mahir qızı Qızı: Zaməddinova Nəzrin Fərid qızı Qızı: Zaməddinova Nərmin Fərid qızı Oğlu: Zaməddinov Aqşin Fərid oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər