Zərbaliyev Ziyad Nəriman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Zərbaliyev Ziyad Nəriman

Ata adı: Nəriman

🐣
Doğum — Şamaxı M.Ə.Rəsulzadə kücəsi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Şamaxı Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ziyad Zərbaliyev 2002-ci il mayın 19-da Şamaxı şəhərində anadan olub. 2008-2017-ci illərdə S.M.Qənizadə adına 1 saylı Şamaxı şəhər tam orta məktəbində, 2017-2019-cu illərdə isə Şamaxı Dövlət Regional Kollecində təhsil alıb. Subay idi. Ziyad Zərbaliyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.  Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ziyad Zərbaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ziyad Zərbaliyev oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Zərbaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Zərbaliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ziyad Zərbəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim, səmimi, zəhmətkeş, ailəcanlı bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şamaxı rayonu 1 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Zərbaliyev Nəriman Ziyadxan oğlu Ana: Zərbaliyeva Pakizə Qəşəm qızı Qardaş: Zərbaliyev Natiq Nəriman oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər