Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Aydın
Aqil Zeynallı 1995-ci il noyabrın 5-də Sabirabad rayonunun Axtaçı Muğan kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik giziri olan Aqil Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Zeynallı oktyabrın 31-də Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində şəhid olub. Sabirabad rayonunun Axtaçı Muğan kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Zeynallı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Zeynallı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqil Zeynallı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqil Zeynallı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hərbiçi olduğu üçün ailəsi onunla fəxr edirdi. Həmişə birlikdə olduğu yoldaşları ilə arzulayırdı ki, torpaqlarımızın azadllığı uğrunda döyüşə gedə bilsəydik. Uzun illərin zülmünə son qoyulsun, şərəfsiz ermənilərin başı əzilsin. Lazım gələrsə canından keçməyə hazır idi. Olduqca qürurverici döyüş yolu keçib. Snayperçilərin komandiri kimi şərəfli vəzifə daşıyıb. Döyüşlərdə çoxlu erməni quldurunu məhv edib.
Ata: Zeynalov Aydın Ağazeynal oğlu Ana: Zeynalova Sədaqət Ağamusa qızı Qardaş: Zeynallı Amil Aydın oğlu