Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Elman
Zeynallı Elşad Elman oğlu 1996-cı il oktyabrın 22-də Lənkəran rayonunda dünyaya gəlib. 2020-ci il sentyabrın 27-də ərazilərimizin düşmən işğalından azad olunması üçün başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıb. Füzuli rayonu ərazisində hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, bud arteriyasının travması diaqnozu ilə şəhid olub.
Şəhidin atası bildirir ki, Vətən Müharibəsi başlayan zaman cəbhəyə yollanan Elşad ailəsi ilə 4 dəfə əlaqə saxlaya bilib. Onun sözlərinə görə, oktyabrın 1-i oğlunun şəhid xəbəri gəlib. Vətən yolunda oğlunu qurban verən Elman Zeynalov vurğulayıb ki, müharibə itkisiz olmur.
Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə, Zeynallı Elşad "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Zeynallı Elşad 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Tərbiyyəli, mehriban, mərd bir insan idi.
Ata: Zeynalov Elman Hacıbaba oğlu Bacı: Baxşıyeva Elnarə Elman qızı