Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Vətənxan
Zeynallı Hüseyn Vətənxan oğlu 11.04.1993-ci ildə Cəlilabadda anadan olub. Azərbaycan Ordusunun çavuşu Hüseyn Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
2020-ci il sentyabrın 30-da Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində hücuma keçərkən şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Zeynallı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Zeynallı ölümündən sonra " “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Hüseyn Zeynallı ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Atanın dediklərindən uşaq vaxtından seçilmiş uşaq olmuşdur. Ataya, anaya bağlı biri idi. Hərbi xidmətin başa vurandan sonra müddətdən artıq hərbidə qalaraq ömrünü hərbiyə həsr etmişdir.
Ata: Zeynalov Vətənxan Həzərxan oğlu Ana: Zeynalova Ədilə Paşaxan qızı Qardaş: Zeynalov Cəbrayıl Vətənxan oğlu Bacı: Zeynalova Təhminə Vətənxan qızı Bacı: Cəbiyeva Gülşən Vətənxan qızı Bacı: Zeynalova Gülnar Vətənxan qızı