Zeynallı Rəşad Qiyas
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Zeynallı Rəşad Qiyas

Ata adı: Qiyas

🐣
Doğum — Bakı Bakı şəhəri
🕊️
Şəhadət — Cəbrayıl Cəbrayıl-Qubadlı istiqaməti
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəşad Zeynallı 1998-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P. Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb. 2015-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (AZTU) “Cihazqayırma mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Rəşad Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Rəşad Zeynallı oktyabrın 8-də şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Zeynallı ölümündən sonra "Vətən uğrunda" ,"Cəbrayılın azad olunması","Qubadlının azad olunması" və"Cəsur döyüşcü" medalları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rəşad Zeynallı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Atanın sözlərinə görə hər kəsin sevimlisi olan Rəşad məktəbdə dərslərini əla qiymətlərlə oxuyan nümunəvi şagird idi. Çox yaxşı sirdaş, tərbiyəsi ilə hər zaman nümunəvi davranış göstərən birisi idi. Polşada magistratura təhsili alacaqdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb 60 saylı orta məktəb
Ali Təhsil Azərbaycan Texniki Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Zeynalov Qiyas Fəyaz oğlu Ana: Zeynalova Hafizə Hafiz qızı Bacı: Zeynallı Aysel Qiyas qızı Bacı: Zeynallı Fatimə Qiyas qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər