Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Rövşən
Zeynalov Arzu Rövşən oğlu 1999 -cu il martın 6-da Qazaxıstan Respublikasının Arşalinskiy rayonundun Qırmızı Göl kəndində anadan olub. 2005-ci ildə Daşkəsən rayon Mədənçilər qəsəbəsindəki Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
04.04.2017-ci il tarixində Arzu Zeynalov həqiqi hərbi xidmətə yollanmış,2018-ci ilin oktyabr ayında isə hərbi xidmətini bitirmişdir. 2020-ci ilin iyun ayından etibarən MAHHXHQ əsgər kimi yenidən xidmətə başlayıb. 2020-ci il oktyabrın 2-də Kəlbəcər rayonu istiqamətində şərti adı “Ağdağ” döyüş mövqeyi istiqamətində aparılan hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub. Arzu Zeynalov 2020-ci il noyabrın 24-də Daşkəsən rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Arzu Zeynalov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Arzu Zeynalov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Arzu Zeynalov ölümündən sonra"Vətən uğrunda" medalı ilə təltif ediliib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Arzu Zeynalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərhəmətli, zəhmətsevər, cəsur, vətənpərvər, igid, qorxmaz birisi olub.
Atası: Zeynalov Rövşən Bağır oğlu Anası: Zeynalova Bəsdi İsa qızı Qardaşı: Zeynalov Vahid Rövşən oğlu