Zeynalov Əlsafa Elşad
MAHHXHQ
🇦🇿 Azərbaycan Şəhidi

Zeynalov Əlsafa Elşad

Ata adı: Elşad

🐣
Doğum — Saatlı Qaranuru kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Saatlı Əliabad kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Zeynalov Əlsafa Elşad oğlu 1994-cü il aprelin 6-da Saatlı rayonu Qaranuru kəndində anadan olub.

Zeynalov Əlsafa Elşad oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. 27.09.2020-ci il tarixində gülüstan istiqamətində sürücüsü olduğu döyüş maşınında dəqiq manevrlər edərək düşmən obyektlərinin məhv edilməsində böyük rolu olmuşdur. Döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlsafa Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əlsafa Zeynalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Əlsafa evin tək oğlu olub, ağıllı, mehriban və qayğıkeş, ailəsinə bağlı səmimi insan olub. Kənd ərazisində böyüdüyündən kənd təsərrüfatı texnikasına xüsusi maraq göstərib,hərbçi olmaq istəyib və hərbi xidmətini başa vurduqdan sonra öz istəyi ilə N saylı hissədə qalıb və MAXE kimi hərbçi olub. Əlsafa BTR sürürdü və döyüşlər zamanı düşmənin 1 ədəd tankını, 1 ədəd BTR-ni və düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib və Suqovuşan istiqamətində gedən döyüşlər zamanı başından ağır qəlpə yarası alıb və 05.10.2020-ci il tarixdə şəhid olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Saatlı rayonu, Qaranuru kəndi, Cavanşir Sadıqov adına orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Zeynalov İnqilab Elşad oğlu Ana: Mehriban Zeynalova Həyat yoldaşı: Rzayeva Günel Qurbanəli qızı Övladı: Zeynalova Mehriban Əlsafa qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər